AZ

Gürcüstan DTX-nın əməkdaşının meyiti TAPILDI

Ajans.az xəbər verir ki, həmin şəxsin intihar etdiyi ehtimal edilir. Yayılan məlumatlara əsasən, o, DTX-nın Korrupsiyaya qarşı Mübarizə Agentliyinin əməkdaşı olub və avtomobilində odlu silahla özünü öldürüb. Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.

Gürcüstanın Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb. Qurumdan bildirilib ki, hadisə yerinə baxış zamanı odlu silah və yan oturacaqda aşkarlanmış məktub müsadirə edilib.

Seçilən
55
4
Ajans.az

9Mənbələr