AZ

Agentliyin sədr müavini: Sahibkarlar peyvəndləmə tədbirlərində fəal olsunlar VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

2025-ci ildə 129 xüsusi təhlükəli heyvan xəstəliyi üzrə hesabat hazırlanaraq Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) müvafiq elektron sisteminə daxil edilib. Ölkədə heyvanlar arasında quduzluqla bağlı epizootik vəziyyət, o cümlədən relyefin coğrafi xüsusiyyətləri və həssas vəhşi heyvanların miqrasiyasının mövcudluğu nəzərə alınmaqla, hesabat ilində helikopter vasitəsilə aldadıcı yem formasında olan 22 min 500 doza quduzluq əleyhinə vaksinlə peyvəndlənmə tədbirləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov agentliyin fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

“Qeyd olunanları nəzərə alaraq, heyvandarlıq fəaliyyəti ilə məşğul olan sahibkarların nəzərinə çatdırmaq istəyirik ki, heyvanları yoluxucu xəstəliklərdən qorumaq üçün baytarlıq-sanitariya tələblərinə ciddi riayət etsinlər, eyni zamanda, həyata keçirilən peyvəndləmə tədbirlərində fəal olsunlar. Ölkəmizdə biotəhlükəsizliyin qorunması istiqamətində agentliyin həyata keçirdiyi profilaktik tədbirlərə dəstək göstərmək hər bir təsərrüfat sahibinin birbaşa məsuliyyətidir. Bu, həm epizootik sabitliyin qorunması, həm də qida təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə o diqqətə çatdırıb.

Seçilən
46
2
azertag.az

3Mənbələr