AZ

Azərbaycan bu ölkəyə 120 ton at əti satıb

Ötən il Azərbaycandan 120 ton at əti ixrac edilib.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında AQTA-nın İdxal və İxraca Nəzarət Şöbəsinin müdiri Əkbər Əliyev bildirib. Onun sözlərinə görə, at əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib.

Şöbə müdiri onu da qeyd edib ki, 2024-cü ildə isə Azərbaycandan heç bir ölkəyə at əti ixrac edilməyib.

Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə məşhurdur. Bu ölkələrdə at əti zülal və dəmir baxımından zəngin hesab edilir.

Seçilən
22
8
day.az

9Mənbələr