“Sabah” yarımmüdafiəçi Ayaz Quliyevlə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ayaz 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.
Paytaxt təmsilçisi futbolçuya “Sabah”a verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.