AZ

Futbol matçında atışma: Çoxlu ölən və yaralanan var

Meksikanın ən zorakı bölgələrindən birində yerləşən Salamanka şəhərində həvəskarlar liqasının oyununda faciə yaşanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı AFP agentliyi yayıb. 

Məlumata görə, hadisə bazar günü yerli vaxtla saat 17:20 radələrində Loma de Flores məhəlləsindəki futbol meydançasında baş verib. Matç zamanı mikroavtobusla hücum edən bir neçə silahlı şəxs oyunçulara və tamaşaçılara atəş açıblar. Ən azı 11 nəfər həlak olub, 12 nəfər yaralanıb.

Meksika Milli Qvardiyası və Meksika Ordusu qüvvələri hücum edənləri yaxalamaq üçün əməliyyata başlayıb. Əməliyyat hələ də davam edir və hadisə ilə bağlı daha ətraflı məlumat gözlənilir.

Seçilən
68
fanat.az

1Mənbələr