BAKI, 26 yanvar. TELEQRAF
"Azərbaycanla 124 İsrail şirkəti əməkdaşlıq edir".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda israilli həmkarı Gideon Saar ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu, bizim əməkdaşlığımıza güclü töhfə verir. Buraya bərpa olunan enerji sahəsi də daxildir”,- o qeyd edib.