Bakı. Trend:
Yunanıstanın Trikala şəhərində “Violanta” peçenye fabrikində başverən partlayış və yanğın nəticəsində dörd nəfər həyatını itirib,bir nəfər isə itkin düşüb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, fabrikdə partlayış yerli vaxtla saat 04:00-da(Bakı vaxtı ilə 06:00) baş verib, bundan sonra güclü yanğınbaşlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və polisidarəsinin cinayətlərlə mübarizə üzrə ekspertləri cəlb olunub.
Fövqəladə hadisə zamanı, sobaları sutka ərzində fasiləsizişləyən fabrikdə 12–13 nəfər olub.
Yerli vaxtla saat 09:00-dan sonra yanğınsöndürənlər itkin düşmüşhesab edilən beş qadından üçünün cəsədini aşkar ediblər, daha sonradördüncü həlak olan şəxsin cəsədi də tapılıb. Bir qadın isə hələ dəitkin düşmüş sayılır.