AZ

“Qarabağ”ın növbəti mərhələ şansları, mümkün rəqiblər – Detallı analiz / VİDEO

“Qarabağ” Çempionlar Liqası Liqa mərhələsinin VII turunda “Ayntraxt”ı məğlub etməklə (3:2) növbəti tur şanslarını xeyli artırıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə türkiyəli bloger “birfutbolincisi” adlı yutub səhifəsində danışıb. Detallı analiz aparan bloger “Liverpul” matçında fərqli hesabla məğlub olacağımız təqdirdə belə növbəti mərhələ şanslarını yüksək qiymətləndirib. 

O, hətta “Qarabağ”ın yüksək ehtimalla turniri 21-ci və ya 22-ci sırada bitirə biləcəyini qeyd edib. Bloger “köhlən atlar”ın bu pillələrdə qərarlaşacağı halda mümkün rəqiblərini də açıqlayıb. 

Onun sözlərinə görə, Azərbaycan çempionu pley-offda “Borussiya”, “Nyukasl”, “İnter” və “Tottenhem” klublarının biri ilə üz-üzə gələ bilər.

Həmin araşdırmanı videonun 12-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

 

Seçilən
12
idmanxeber.az

1Mənbələr