AZ

Rəqsi ilə "Ayntraxt"ın futbolçusunu əsəbiləşdirən şəxs kimdir? - VİDEO

Yanvar ayının 21-də "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" ilə qarşılaşıb. 
Azərbaycan təmsilçisi qələbəsini qeyd edərkən, stadionda oynayan bir nəfər diqqət çəkib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, sözügedən şəxs "Qarabağ"ın rəhbərliyində çalışan Elvin Süleymanovdur. 

Azərbaycan təmsilçisi 3-2 hesablı qələbəsini qeyd edərkən, alman klubu meydançanı tərk etməyə başlayıb. Bu zaman "Ayntraxt"ın mərkəz müdafiəçisi Arthur Theate əsəblərini cilovlaya bilməyib. 

Leandro Andrade (L) of Qarabaq FK in action against Arthur Theate (R) of SG Eintracht Frankfurt during the UEFA Champions League soccer match between Qarabaq FK and SG Eintracht Frankfurt, in Baku, Azerbaijan, Jan. 21, 2026. (IHA Photo)

Fotoda: "Qarabağ" FK-nın oyunçusu Leandro Andrade (solda) və "Ayntraxt"ın oyunçusu Artur Theate (sağda). UEFA Çempionlar Liqası futbol matçı, 21 yanvar 2026-cı il, Bakı.

Belə ki, o, sevincini oynayaraq ifadə edən Elvin Süleymanova sərt reaksiya verib. O isə, görünür, qələbə sevincini pozmaq istəməyib və qonağın əsəbini anlayışla qarşılayıb. 

Qeyd edək ki, bu qələbə ilə ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıb. 

Ağarza Elçinoğlu 

Seçilən
122
2
unikal.az

3Mənbələr