AZ

Azərbaycan çempionatında legioner məşqçilərin monopoliyası: 15 illik rekord təkrarlandı

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb.

Publika.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının 17-ci turunda baş tutub.

Ötən tur 7 legioner baş məşqçinin komandasının meydana çıxması ilə əlamətdar olub. 2026-cı ilin ilk çempionat oyunlarında Valdas Dambrauskas (“Sabah”), Kurban Berdıyev (“Turan Tovuz”), Saşa İliç (“Sumqayıt”), Andrey Demçenko (“Araz-Naxçıvan”), Yuri Vernidub (“Neftçi”), Jorj Kaşkilya (“İmişli”) və Kaxaber Tsxadadzenin (“Qəbələ”) rəhbərlik etdiyi komandalar meydana çıxıb. Düzdür, onlardan ikisi – İliç və Tsxadadze cəza səbəbindən komandalarına texniki zonadan deyil, kənardan rəhbərlik edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təxminən 15 ildən sonra təkrarlanıb. Sonuncu dəfə 2011-ci il aprelin 30-da və mayın 1-də keçirilən turda 7 əcnəbi baş məşqçi olub.

Seçilən
23
17
publika.az

10Mənbələr