AZ

Konstitusiya Məhkəməsi Palatası toplaşdı

Yazını böyüt
Yazını kiçilt

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “İşsizlikdən sığorta haqqında” Qanunun 13.8-ci maddəsinin həmin Qanunun məqsəd və prinsiplərinə, Konstitusiyanın 12, 16, 35 və 149-cu maddələrinin müvafiq hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 18-nə təyin olunmuş iclasında baxılacaq.

Seçilən
38
6
hafta.az

10Mənbələr