AZ

İsrail XİN rəhbəri Azərbaycanda dini tolerantlıq səviyyəsini və ikitərəfli əlaqələrin möhkəmliyini vurğulayıb

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziriGideon Saar Bakıda yerli yəhudi icmasının liderləri iləgörüşüb.

Trend xəbər verirki, israilli nazir bu barədə rəsmi “Instagram” səhifəsində paylaşımedib.

Saar görüş zamanıqeyd edib ki, hazırda Azərbaycanda qarşılıqlıhörmət, dini tolerantlıq və vicdan azadlığı şəraitində təxminən 30min yəhudi yaşayır.

“Azərbaycan nəsillər boyu yəhudi icmasının rifahının və tamtəhlükəsizliyinin təmin olunduğu müsəlman ölkəsi kimi nümunə olub”,– deyə nazir vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, yəhudi icması ikitərəfliəməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. O qeyd edibki, həm Azərbaycandan İsrailə köçən soydaşlar, həm də respublikadayaşamaqda davam edən yəhudilər iki dövlət arasında güclü bağlayıcıkörpü formalaşdırırlar.

“Ölkələrimiz arasında əlaqələrin böyük potensialına inanıram vəonları möhkəmləndirməyə davam edəcəyik”, – deyə Saar əlavəedib.

Sonda bildirilib ki, Azərbaycan və İsrail arasında münasibətlərxalqlar arasında sıx təmaslara və dinc yanaşı yaşamağın ortaqdəyərlərinə əsaslanaraq bir çox istiqamətlər üzrə dinamik şəkildəinkişaf edir.

Məqalədə:
Seçilən
93
3
az.trend.az

4Mənbələr