AZ

Ermənistanın Hindistan hədəfi: Yeni iddialı təşəbbüslərə hazırdır

Ermənistan Hindistanla yeni iddialı təşəbbüslər inkişaf etdirməyə hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Respublika Günü münasibətilə həmkarı Subrahmanyam Cayşankara ünvanladığı təbrik məktubunda yazıb.

Mirzoyan “X”də yazıb: "Ermənistan Hindistanla əməkdaşlığın bütün sahələrində iddialı yeni təşəbbüslər irəli sürməyə və münasibətlərimizi yeni səviyyəyə qaldırmağa hazırdır".

Baş nazir Nikol Paşinyan həmçinin Hindistanın Baş naziri Narendra Modiyə təbrik mesajı göndərib. O, sürətlə dəyişən dünyada iki dost ölkə arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşməyə və genişlənməyə davam etdiyini qeyd edib.

Seçilən
34
publika.az

1Mənbələr