AZ

Ekspert: ” ABŞ bizə hücum etsə, 500 amerikalı əsgəri öldürəcəyik” 

Vətəninfo.az xəbər verir ki, Tehran Universitetinin Amerikaşünaslıq kafedrasının dosenti və İran Dövlət Televiziyasının beynəlxalq məsələlər üzrə eksperti Fuad İzədi müsahibəsində deyib: “Əgər ABŞ bizə hücum etsə, 500 Amerika əsgərini öldürəcəyik”.

Hərbçilərin öldürülmüş komandirlərinin qisasını almağa hazır olduqlarını vurğulayan İzədi deyib: “Bu dəfə İran öz şəhidlərinin qisasını ciddi və dəqiq cavabla almaq və ən azı 500 ABŞ əsgərini hədəfə almaq əzmindədir”.

Onun sözlərinə görə, əgər ABŞ kəşfiyyat orqanları İrana hücumun ciddi insan itkiləri ilə nəticələnməyəcəyini təxmin etsələr, mütləq həmlə edəcəklər, ancaq onların təxminləri insan itkilərinin yüksək olacağını göstərərsə, hücum dayandırılacaq.

Seçilən
6
2
veteninfo.az

3Mənbələr