AZ

ABŞ-də təyyarə qəzaya uğradı: Ölənlər var

ABŞ-nin şimal-şərqində yerləşən Meyn ştatında 8 nəfəri daşıyan xüsusi reaktiv təyyarənin qəzaya uğradığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına görə, Bombardier Challenger 600 tipli təyyarə Bangor Beynəlxalq Hava Limanından qalxış zamanı yerə düşüb.

Açıqlamada təyyarədə 8 nəfərin olduğu qeyd olunub və qəza ilə bağlı araşdırmaya başlanıldığı bildirilib.

Hava limanının rəhbərliyi pistin müvəqqəti olaraq bağlandığını açıqlayaraq vətəndaşlardan hava limanı ərazisindən uzaq durmalarını xahiş edib.

Sərnişinlərin sağlamlıq vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Seçilən
17
cebheinfo.az

1Mənbələr