AZ

Futbol meydançası qan gölünə çevrildi - 11 nəfər öldürüldü

Meksikanın Quanaxuato əyalətinin Salamanka şəhərində keçirilən həvəskar futbol matçından sonra naməlum silahlı şəxslər stadiona atəş açıblar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 11 nəfərin hadisə yerində ölüb, 12 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Quanaxuato Baş Prokurorluğu hücumla bağlı istintaqın başlandığını açıqlayıb. Bəyanatda əlavə edilib ki, ərazidə təhlükəsizliyi artırmaq, ictimaiyyəti qorumaq və cinayətkarları tutmaq üçün bələdiyyə, ştat və federal təhlükəsizlik qurumları ilə əlaqələndirmə işləri aparılır.

Seçilən
32
2
unikal.az

4Mənbələr