AZ

Rusiya Ukrayna danışıqlarından yüksək nəticə gözləmir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə bağlı aparılan danışıqların gedişi barədə ehtiyatlı açıqlamalar verib.

“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, danışıqlar prosesinin ayrı-ayrı detalları barədə açıq danışmaq düzgün deyil. O, qeyd edib ki, Ukrayna üzrə üçtərəfli təmaslardan yüksək nəticə gözləmək real olmaz, çünki qarşıda hələ çox iş var.

“Bu danışıqlarda dostluq mühiti gözləmək çətindir. Amma proses gedirsə, hansısa nəticə əldə etməyə cəhd göstərmək lazımdır”, – deyə Kremlin sözçüsü vurğulayıb.

İlhamə


Telegram kanalımız
Seçilən
49
yenisabah.az

1Mənbələr