Bakı. Trend:
Avropa İttifaqı yaxın vaxtlarda Qrenlandiyanın dəstəklənməsi vəinkişafına yönəlmiş investisiya planını təqdim edəcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasınınbeynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın ofisi məlumatyayıb.
“Biz Qrenlandiyada gündəlik həyatı yaxşılaşdıracaq vəqrenlandiyalıların öz gələcəkləri barədə müstəqil qərar verməkhüququna sarsılmaz dəstəyimizi gücləndirəcək əhəmiyyətliinvestisiya paketi hazırlayırıq”, – deyə Sikela bildirib.
Məlumata görə, investisiyalar bərpa olunan enerji mənbələrinininkişafına, rabitə infrastrukturunun təmin edilməsinə, həmçininAİ-nin müdafiə sənayesi və elektromobil istehsalının təminatınayönəlmiş layihəsinə istiqamətləndiriləcək.
İttifaq adaya yatırılan investisiyaları demək olar ki, iki dəfəartıraraq 500 milyon avroya çatdırmağı, eləcə də mövcud layihələridəstəkləməyi planlaşdırır.