AZ

Müdafiə Nazirliyi məlumat yaydı – Partlayış səsləri…

Pirəkəşkül və Ağdərədə 26-30 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Bu barədə Busaat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda vurğulanıb.

Seçilən
80
27
busaat.az

10Mənbələr