AZ

AQTİ-nin laboratoriyalarında 50 yeni müayinə metodu tətbiq olunub

2025-ci ildə AQTİ-nin 17 laboratoriyasında 759 mindən artıq müayinə həyata keçirilib və 50 yeni müayinə metodu tətbiq olunub. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib.
O bildirib ki,  bununla da metodların sayı 990-a çatıb.

"Nəticələrimizin etibarlılığı Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya və Niderlandın beynəlxalq səviyyədə tanınmış nüfuzlu qurumları tərəfindən təşkil olunan səriştəlik sınaqlarında təsdiqlənib. Hazırda laboratoriyamız milli, o cümlədən 3 sınaq laboratoriyamız beynəlxaq akkreditasiyadan keçib",-o vurğulayıb

Aytac 

Seçilən
140
2
anews.az

3Mənbələr