AZ

Meksika stadionunda silahlı insident – 11 nəfər öldü

Bakı. Trend:

Meksikanın Salamanka şəhərində yerləşən futbol stadionunasilahlı hücum edən bir qrup şəxs 11 nəfəri qətlə yetirib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə şəhərin meri Sezar Prieto özrəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Hücumun motivləri hələlik bəlli deyil. Silahlı hücum zamanıaralarında qadın və uşaqlar olmaqla 12 nəfərin yaralandığıbildirilir.

“Bu hadisə təəssüf ki, ştatda, xüsusilə də Salamankadayaşadığımız zorakılıq dalğasına daha bir əlavədir,” – deyə Prietobildirib.

“Təəssüf ki, cinayətkar qruplar hakimiyyət orqanlarını özlərinətabe etdirməyə çalışırlar, lakin buna nail ola bilməyəcəklər.”

Salamankanın yerləşdiyi Guanaxuato ştatının Baş prokurorluğuhücumla bağlı istintaqa başlanıldığını açıqlayıb.

Hücumu həyata keçirənlərin aqibəti ilə bağlı məlumat yoxdur.

Məqalədə:
Seçilən
80
1
az.trend.az

2Mənbələr