AZ

Tramp geri addım atıb

AzVision.az xəbər verir ki, “The Wall Street Journal (WSJ)” nəşrinin məlumatına görə, sərhəd xidmətinin əməkdaşının hərəkətləri nəticəsində 37 yaşlı ABŞ vətəndaşı Aleks Prettin ölümü ilə bağlı sualın cavabında Amerika lideri hadisənin öyrənilməsi və aydınlaşdırılması yönündə iş aparıldığını söyləyib.

“İstənilən atışmadan xoşum gəlmir. Eyni zamanda, kiminsə etiraza getməsi və onun üstündə iki dolu güllə darağı ilə çox güclü, tam dolu silahı olması mənim xoşuma gəlmir”,- Donald Tramp vurğulayıb.

Bundan əlavə, Donald Tramp immiqrasiya məmurlarının sonda Minneapolisdən geri çağırılacağını bildirib.

- Nə vaxtsa biz buradan gedəcəyik. Onlar fenomenal iş görüblər. Biz orada maliyyə fırıldaqlarını araşdırmaq üçün başqa bir qrup insanı saxlayacağıq”,- Ağ Evin rəhbəri deyib.

Amerika lideri həmçinin Kaliforniya ştatında sosial sahədə fırıldaqların miqyasının Minnesotadakından əhəmiyyətli dərəcədə böyük ola biləcəyini ehtimaledib.

Xatırladaq ki, Donal Tramp bundan əvvəl etirazçıya atəş açan ICE əməkdaşlarını qeyd-şərtsiz dəstəklədiyini açıqlamışdı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
18
1
azvision.az

2Mənbələr