AZ

İsrailli komandir: ABŞ İrana mümkün hücuma hazırlaşır

İsrail Ordusunun Şimal Cəbhəsi komandanı general-mayor Rafi Milo bildirib ki, İsrail ordusu Tehran rejiminin qisasına səbəb ola biləcək ABŞ-ın İrana mümkün hücumunu gözləmək üçün bütün cəbhələrdə hazırlıqlıdır.

Turkustan.az xəbər verir ki, general-mayor Milo, Kanal 12 televiziyasında yayımlanan açıqlamada, ABŞ-ın İrana mümkün hücumu kontekstində İsrail ordusunun gördüyü hazırlıqlara toxundu.
General-mayor Milo bildirib ki, "Həm Fars körfəzində, həm də bütün Yaxın Şərqdə Amerikanın hərbi gücünün artdığını görürük".

"Bunun hara apardığını bilmirik", - deyə Milo bildirib və əlavə edib ki, Vaşinqton Tehrana hücum etməyi seçərsə, bu, İsrailə də təsir edə bilər və İranın cavabı onlar vasitəsilə ötürülə bilər.

İsrail komandiri həmçinin Hizbullahın daha geniş münaqişəyə cəlb olunub-olunmayacağını yaxından izlədiklərini bildirərək, "Biz çox diqqətliyik, hazırıq və həm güclü müdafiə, həm də hücum üçün hazırlıqlar görürük" dedi.

Türkiyə və Qətərin regional tarazlıq baxımından "böyük problem" yaratdığını iddia edən general-mayor Milo, Suriyadakı vəziyyətin "mürəkkəb və çətin" olduğunu və İsrail ordusunun cənubda işğalını davam etdirdiyi Suriyada hücumlarını davam etdirəcəyini bildirdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
32
turkustan.az

1Mənbələr