AZ

Bakı Gəmiqayırma Zavodunda tikilən üç yeni tanker üzrə işlər davam edir (FOTO)

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyisifarişə uyğun olaraq Bakı Gəmiqayırma Zavodunda (BGZ) tikilən üçyeni tanker üzrə işlər davam edir.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, hazırda həmin tankerlərdən birinin tikintiişlərinin təxminən 40%-i tamamlanıb. Digər iki gəmi üzrə prosesin35%-i geridə qalıb.

Maksimal sürəti 10 uzel, dedveyti 7740 ton olacaq tankerlərinuzunluğu 141, eni 16.98, bortunun hündürlüyü 6 metr təşkil edəcək.Gəmilərin xüsusi konstruksiyası onların dayaz limanlara tam yükləyanaşmasına imkan verəcək.

Tankerlər müasir beynəlxalq tələblərə, o cümlədən ən yüksəktəhlükəsizlik və ekoloji standartlara cavab verən innovativ layihəəsasında inşa olunur.

Qeyd edək ki, ASCO-nun sifarişi ilə indiyədək BGZ-də dörd ədədtanker inşa edilərək təhvil verilib. Onlardan “Laçın” və “Kəlbəcər”neft və neft məhsulları, “Akademik Xoşbəxt Yusifzadə” və “Zəngilan”isə həm neft, həm də kimyəvi məhsulların daşınmasında istismaredilir. Hazırda inşası davam edən tankerlər də “Akademik XoşbəxtYusifzadə” və “Zəngilan” gəmiləri ilə eyni layihədəndir.

Bakı
Bakı
Seçilən
156
5
az.trend.az

7Mənbələr