AZ

İcraçı direktor: Azərbaycanda sığorta bazarının həcmi 1,5 milyard manat ətrafındadır

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycanda sığorta sektoru sürətlə inkişaf edir. Ötən il sığorta sektorunda inkişaf tempi ikirəqəmli olmaqla 10 faiz artıb. Bazarın həcmi artıq 1,5 milyard manat ətrafındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı İİTKM tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Sığortaçılar Assosiasiyası ilə birgə hazırlanmış “InsurTech” adlı dərs vəsaitinin təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, sığorta bazarının inkişafı ilə yanaşı 3 məsələ xüsusi qeyd olunmalıdır.

“Biri tənzimləmə mühiti məsələsidir, ikincisi biznes modeli, üçüncüsü isə texnologiyadır. Təqdim olunan kitab 3 məsələni özündə ehtiva edir. Ötən il “InsurTech” bazarı 20 milyard dollar olub. Orta illik artım tempi 25-55 faiz arasında qiymətləndirilir. 2030-cu ildə “InsurTech” bazarının 250 milyard dollar olacağı gözlənilir”, - deyə o qeyd edib.

V.Qasımlı əlavə edib ki, süni intellektin sığorta bazarına tətbiqi gələcəyin müəyyənləşdirilməsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

Seçilən
85
1
azertag.az

2Mənbələr