AZ

Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Yanvarın 26–30-da Pirəkəşkül qəsəbəsi və Ağdərə rayonu ərazisində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, eləcə də Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində həyata keçiriləcək.

Nazirlik əhaliyə müraciət edərək bildirir ki, partlayış səsləri ilə bağlı təşvişə düşməyə əsas yoxdur və proses tam nəzarət altında aparılacaq.

Seçilən
36
3
anews.az

10Mənbələr