AZ

67 yaşlı qadın öldürüldü: Oğlu tutuldu - YENİLƏNİB

Yanvarın 24-də paytaxtın Sabunçu rayonunda qətl törədilib.

"Cebheinfo.az" xəbər verir ki, rayon prokurorluğuna 1959-cu il təvəllüdlü Həyat Ağayevanın öldürülməsi barədə məlumat daxil olub.

İlkin araşdırmalarla 1981-ci il təvəllüdlü Emil Ağayevin bıçaqla xəsarətlər yetirərək Həyat Ağayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Trend-in məlumatına görə, hadisı Maştağa südçülük sovxozunda baş verib.

Bildirilib ki, 67 yaşlı Ağayeva Həyat Nəzər qızını qətlə yetirməkdə şübhəli bilinən Ağayev Emil onun oğludur.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyatı dispanserdə bu asılılığa görə müalicə də alıb. Mərhumun əzizlərinin fikrincə Emin Ağayev hadisəni əvvəlcədən planlayıb. Çünki həmin gecə Emin Ağayev yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla xüsusi amansızlıqla qətlə yetirib.

"Cebheinfo.az"

Seçilən
162
3
cebheinfo.az

4Mənbələr