2025-ci ildə Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Redaktor.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ildə Ermənistandan Azərbaycana ixrac həyata keçirilməyib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.