İngiltərə Bankına yadplanetlilərin mövcudluğu təsdiqləməsi halında yaranacaq maliyyə böhranına qarşı plan hazırlamaq barədə xəbərdarlıq edilib.
Publika.az xəbər verir ki, bu barədə "London Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, maliyyə təhlükəsizliyi üzrə analitik Helen Makkou İngiltərə Bankına məktub göndərərək qurumu "kiçik yaşıl adamların, yəni yadplanetlilərin" iqtisadi təsirinə hazırlaşmağa çağırıb.
Makkou məktubunda bildirib ki, ABŞ administrasiyası yadplanetlilərin mövcudluğunu təsdiqləsə, bu, maliyyə bazarlarında və bank sistemində şok dalğaları yaradacaq və dünyada iğtişaşlara səbəb olacaq.