ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Braziliyanın paytaxtı Braziliyada keçmiş prezident Jair Bolsonaronun tərəfdarları yürüş keçirib. Lakin təbiət hadisəsi insanları xəstəxanalıq edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup etirazçını ildırım vurub.
"İzdihama ildırım düşüb, çoxlu insan yıxılıb və nə baş verdiyini anlamadan xaotik şəkildə qaçmağa başlayıblar. 72 nəfərə tibbi yardım göstərilib, 30-a qədər nümayişçi təcili olaraq xəstəxanaya yerləşdirilib, onlardan səkkizinin vəziyyəti ağırdır. İnsanlar bədənlərinin müxtəlif yerlərində yanıqlar alıb və baş ağrılarından şikayətlənirlər", - KİV yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.