Belarus Prezidenti Aleksandr Lukaşenko 2026-cı ildə keçiriləcək BRİKS sammitində Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək ümidindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Respublika Günü münasibətilə Hindistanın Baş nazirinə ünvanladığı təbrik məktubunda bildirib.
Lukaşenko qeyd edib ki, BRİKS-ə sədrlik edən ölkə kimi Hindistan çoxqütblü və ədalətli dünyanın möhkəmləndirilməsinə töhfə verir:
“Belarus Hindistanla uzunmüddətli dostluq münasibətləri ilə fəxr edir. Əminəm ki, etimada və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlığımız ardıcıl olaraq inkişaf etməyə və yeni praktik məzmun qazanmağa davam edəcək Əminəm ki, birgə səylər nəticəsində sənaye, rəqəmsallaşdırma, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində əməkdaşlıq üçün əhəmiyyətli potensialı tam şəkildə həyata keçirəcəyik”.
Qeyd edək ki, BRICS sammiti bu il Hindistanda keçiriləcək.
Anar