“Arif Babayev, Əlibaba Məmmədov, Canəli Ələkbərov, Ağaxan Abdullayev gələndə biz dik dururduq. Tələbə olanda Süleyman Ələsgərovu görən kimi əlimdəki yeməyi də gizlədirdim. Biz bunları tələbələrə aşılamaq istəyirik”.
Xanəndə tələbələrindən danışıb. O bildirib ki, tərbiyəsini bəyənmədiyi tələbələri sinfindən qovur:
“Bəziləri buna riayət etmir. Bunu da onların vicdanına buraxmışıq. Belələri azdır. Tərbiyəsi nizamda olmayanı hər zaman birinci mərhələdən sonra sinifdən çıxarıram. Belə şeyləri götürə bilmirəm”. (Axşam.az)