AZ

Mollalar yaxşı başa düşür ki, xalq onları bağışlamayacaq



İran rejiminin öz vətəndaşına qarşı vəhşiliyinin tək səbəbi var, bilirlər ki, artıq sonları gəlib. Ona görə də öz canlarını qorumaq üçün məlum vəhşilikləri törədiblər. Bundan sonra mollaların hakimiyyətdə qalması öz xalqları üçün təhqir olacaq. Mollalar yaxşı başa düşür ki, xalq onları bağışlamayacaq. Artıq xalqla rejim arasında düşmənçilik yaranıb.
Molla rejimi ABŞ-ın onları məhv edəcəyini artıq bilirlər. Verilən hədə bəyanatları da qorxularındandır. Amma rejimin Yaxın Şərqi və yaxın ətrafını qana bulayacağı da realdır. Biz də çox ehtiyatlı olmalıyıq. Bu dəfə rejimin hədələrinə ciddi yanaşmalıyıq. Çünki son dövrlərin yaşayan rejim mütləq biz də daxil bir çox yerləri raket atəşinə tutacaq. Əlindəki raketləri hara gəldi atacaq. Rejim idarəçilik üçün bütün rıçaqlarını itirib. Tək ümidi əlindəki vəhşi terrorçular və raketlərlə qalıb.
Azərbaycan HHM sistemlərinin hazır olduğundan əmin olmalıdır. Son anda region ölkələrini də münaqişəyə cəlb etməyə çalışacaqlar. Mollabaşının məhv edilməsi durumunda isə gedəcəklərindən əmin olduqlarından daha çox ətrafa hücum edəcəklər. Azərbaycan və Türkiyə orduları hazır vəziyyətə gətirilməlidir. İran Türkləri bizi gözləyəcək.
Seçilən
18
2
newscenter.az

3Mənbələr