AZ

Müəllim 12 yaşlı şagirdindən uşaq dünyaya gətirdi

Avstraliyada müəllim yetkinlik yaşına çatmayan şagirdindən uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə "ABC News" yerli polisə istinadla məlumat yayıb.

Qərbi Avstraliyanın Mandura şəhərindən olan 33 yaşlı Naomi Tekea Kreyq uşağa qarşı yeddi cinsi cinayət ittihamı ilə üzləşir. Müstəntiqlər iddia edirlər ki, o, 2024-cü ildə bir şagirdə cinsi təcavüz edib və onunla münasibətlərini 2025-ci ildə davam etdirib.

İttihamlardan biri 12 yaşlı oğlanla bağlıdır. İttihamlarda həmçinin iddia olunur ki, o, müntəzəm olaraq 12-16 yaş arası yetkinlik yaşına çatmayan şəxslə cinsi əlaqədə olub. Bütün ittihamlar eyni şagirdlə bağlıdır.

Seçilən
7
2
publika.az

3Mənbələr