Bakı. Trend:
Keçən 2025-ci ildə Gürcüstan əsas tranzit mərkəzi statusunuqoruyub saxlayıb. Gürcüstandan keçməklə Cənubi Qafqaz Dəhlizivasitəsilə Türkiyəyə və Avropaya daşınma birinci dərəcəli xəttolaraq qalıb və daşınmaların həcmi artıb. Şimal-Cənub xətti iləErmənistana tranzit isə ikinci dərəcəli olaraq qalıb və həcm birqədər azalıb.
Trend GürcüstanNeft və Qaz Korporasiyasına istinadən xəbər verir ki, Gürcüstanərazisindən qaz tranziti 2025-ci ildə 0,2 faiz artıb.
Korporasiyanın məlumatına görə, 2025-ci ildə Gürcüstanərazisindən 25,165 milyard kubmetr təbii qaz nəql edilib, 2024-cüildə isə bu rəqəm 25,118 milyard kubmetr olub.
Ötən il Cənubi Qafqaz Qaz Boru Kəməri ilə nəql edilən qazınhəcmi 103 milyon kubmetr artıb. Boru kəməri ilə 22,933 milyardkubmetr təbii qaz nəql edilib ki, bu da 2020-ci ilin həcmindən(11,1 milyard kubmetr) iki dəfə çoxdur.
Şimal-Cənub qaz kəmərinə gəldikdə, onun vasitəsilə 2,229 milyardkubmetr qaz nəql edilib ki, bu da 2024-cü illə müqayisədə bir qədərazdır.
Qeyd edək ki, Cənubi Qafqaz Qaz Boru Kəməri(Bakı-Tbilisi-Ərzurum) “Şahdəniz” yatağında hasil edilən qazıAzərbaycandan Türkiyəyə, daha sonra isə Avropaya nəql edir.
Şimal-Cənub qaz kəməri Rusiya qazının Ermənistana tranzitinitəmin edir. Gürcüstan hissəsinin uzunluğu 234 km-dir vəlayihələndirilmiş ötürmə gücü ildə 12 milyard kubmetrdir.