“Hazırda onkoloji xəstələrin müalicəsi Milli Onkologiya Mərkəzində həyata keçirilir. Respublikada onkoloji xəstələrin müalicəsinin mühüm tərkib hissəsi hesab olunan radioterapiya yalnız Onkologiya Mərkəzindədir. Belə olan halda, xəstələrin ayrı-ayrı yerlərdə epizodik müalicə alması məqsədəuyğun deyil.
Ölkə.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, hazırda özəl klinikalar onkoloji xəstəliklərin müalicəsi istiqamətində tam təchizatlı deyil:
“Nə qədər ki, özəl klinikalar müalicə və müayinə imkanlarına tam yiyələnməyib, belə addımın atılması qeyri-düzgündür. İkincisi, onkoloji xidmətlərin özəl klinikalarında həyata keçirilməsi üçün birinci növbədə, onkoloji xəstələrə təcili yardım mülkiyyət formasından asılı olmayaraq, istənilən klinikada icbari tibbi sığorta çərçivəsində olmalıdır. Məsələn, belə xəstəyə qanaxma, katertrın qoyulması, drenajın çıxarılması yaxud həyat keyfiyyətinə bağlı hər hansı prosedurun aparılması icbari tibbi sığorta paketinə daxil edilməlidir”.