AZ

“Son ana kimi vuruşacağıq” – Füzuli Məmmədov

Misli premyer-liqasının 17-ci turunda “Karvan-Yevlax” səfərdə “Sabah” önündə darmadağın oldu - 1:4. “Football-plus.az” qonaqların baş məşqçisi Füzuli Məmmədov oyundan sonra media önünə çıxıb.
- Çətin oyun oldu. Ciddi hazırlaşmışdıq. Güclü futbolçuları var. Təhlil etsək də, ilk dəqiqələrdən kiçik səhvlər qola çevrildi. Bu da bizə təsir etdi. Ağır məğlubiyyət aldıq. Qarşıdakı oyuna hazırlaşmalıyıq.
- Ötən gün əsas rəqibləriniz qələbə qazandı. Həyəcan artır…
- Bizim üçün çətindi. Son ana kimi vuruşacağıq.
- Qış fasiləsində yalnız birinci liqadan transferlər etdiz. Yeni transferlər olacaq?
- Transferlər bitib. Bu heyətlə davam edəcəyik.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
69
football-plus.az

1Mənbələr