AZ

Ermənistanda Azərbaycanın enerji sisteminə qoşulmaqdan narahatdırlar

TRIPP layihəsi çərçivəsində Ermənistan və Azərbaycanın enerji sistemlərinin birləşdirilməsi və ya sinxronlaşdırılması iki ölkə arasında yeni elektrik xətlərinin çəkilməsi və Türkiyəyə və ya digər ölkələrə elektrik enerjisinin ötürülməsini nəzərdə tutur.

"Unikal" xəbər verir ki, bu fikirləri Ermənistanın enerji təhlükəsizliyi üzrə eksperti Artur Avetisyan "Sputnik Armenia"ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji sisteminə qoşulmaq ciddi risklərlə doludur, lakin düzgün qərarlarla bu risklər idarə oluna bilər.

"Şimal-Cənub və Şərq-Qərb layihələri paralel olaraq həyata keçirilməlidir. Hazırkı reallıqları nəzərə alsaq, birinə və ya digərinə üstünlük vermək Ermənistanı ciddi təhlükəyə ata bilər", - deyə ekspert narahatlığını bildirib. 

Bundan əvvəl Baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında Ermənistan və Azərbaycanın enerji sistemlərinin bir-birinə bağlı olacağını elan etmişdi. Bu açıqlama siyasi və ekspert dairələrində narahatlıq doğurub. Müxalifət nümayəndələri bunun Ermənistanın enerji sektorunu Azərbaycandan asılı vəziyyətə sala biləcəyindən qorxurlar.

Seçilən
73
12
unikal.az

10Mənbələr