AZ

Sankt-Peterburqda sarı həyəcan siqnalı verildi

Sankt-Peterburqda donma temperaturu ilə əlaqədar sarı hava xəbərdarlığı elan edilib.

Publika.az xəbər verir ki, bu barədə şəhər qubernatorluğunun mətbuat xidməti "Telegram"da məlumat verib.

"Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatına görə, aşağı temperatur səbəbindən Sankt-Peterburqda 26 yanvar saat 12:00-dan 10:00-dək sarı hava xəbərdarlığı qüvvədə qalacaq", - rəsmilər bildiriblər.

Şəhərin bəzi yerlərində temperaturun -20 dərəcəyə düşəcəyi gözlənildiyi üçün hakimiyyət orqanları sakinlərdən xüsusi diqqətli olmalarını xahiş edib.

Seçilən
169
publika.az

1Mənbələr