AZ

Fransa ABŞ video konfrans xidmətlərini öz xidmətləri ilə əvəz edəcək

Fransa dövlət qurumlarında xarici (xüsusilə ABŞ mənşəli) videokonfrans xidmətlərindən istifadəni tədricən dayandırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, 2027-ci ildən etibarən bütün dövlət qurumları Nazirliklərarası Rəqəmsal Orqan tərəfindən hazırlanmış daxili həll yoluna keçəcək.

Nazir-Nümayəndə Devid Amiel bildirib ki, bu cür xarici proqramlara etibar hökumət rabitəsinin təhlükəsizliyinə təhdid yaradır. Yeni platforma artıq təxminən 40.000 istifadəçi tərəfindən sınaqdan keçirilib və avtomatik transkripsiya funksiyası ilə təchiz olunub.

Kibertəhlükəsizliyi artırmaqla yanaşı, texnologiyanın tətbiqi əvvəllər xarici proqram təminatı üçün lisenziyaların yenilənməsinə xərclənən milyonlarla avroya qənaət etməyə imkan verəcək. Bu, Fransanın Avropadan kənar şirkətlərdən texnoloji asılılığı azaltmaq üzrə ümumi strategiyasına uyğundur.

Seçilən
103
2
publika.az

10Mənbələr