AZ

Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə baş tutan telefon danışığı zamanı Qrenlandiyanın ərazi mənsubiyyəti məsələsinə görə Danimarkanın Baş naziri Mette Frederikseni 45 dəqiqə danlayıb.

"Yeni Sabah" xəbər verir ki, Frederiksen "The New York Times" qəzetinə verdiyi müsahibədə Vaşinqton administrasiyasının rəhbəri ilə dialoqunun təfərrüatını açıqlamaqdan imtina edərək bildirib ki, iki həmkar arasındakı telefon danışığı elə iki həmkar arasında qalmalıdır.

Frederiksen və Tramp arasındakı söhbət 15 yanvar 2025-ci il tarixində baş tutub. Bundan sonra Danimarkanın TV2 telekanalına verdiyi müsahibədə Frederiksen deyib:

"Ümid edirəm ki, hər kəs, o cümlədən amerikalılar bütün xalqlar və millətlər kimi öz gələcəkləri haqqında qərarı qrenlandiyalıların özlərinin qəbul etmələrinə hörmətlə yanaşacaqlar".

ABŞ prezidenti bu ilin yanvarın 21-də isə NATO-nun baş katibi Mark Rütte ilə danışıqlardan sonra Qrenlandiya ilə bağlı sövdələşmənin konturlarının ortaya çıxdığını bəyan edib./Oxu.az


Telegram kanalımız
Seçilən
35
1
yenisabah.az

2Mənbələr