AZ

Rumıniyada 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirildi (FOTO/VİDEO)

Bakı. Trend:

22-25 yanvar tarixlərində Rumıniyanın Moisey (Maramureş bölgəsi)şəhərində keçirilən Rumıniya, Moldova, Ukrayna və Albaniya hüquqparlament komissiyalarının İllik Üçüncü Forumunda xüsusi qonaqqismində Azərbaycan tərəfi iştirak edib. Bu il tədbir “Avropainteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimihüququn aliliyi” mövzusuna həsr olunub.

Trend xəbər verirki, tədbir çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma vəMemarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsredilmiş foto¬sərgi təşkil olunub. Sərgilənən fotoşəkillərdəAzərbaycanın, xüsusən Qarabağ bölgəsinin şəhər mühitinin vəmemarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistiktransformasiyaların nümunələri əks olunub. Eyni zamanda, sərgilənənfotoşəkillərdə Azərbaycanda mövcud olan mina probleminə diqqətyetirilib. Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniyaparlamentlərinin deputatları və senatorları, RumıniyanınProkurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditəolan diplomatik korpusun nümayəndələri, hüquqşünaslar vəictimai-siyasi xadimlər iştirak edib.

Sərginin açılışında çıxış edən səfir Qüdsi Osmanov Azərbaycanilə Rumıniya arasında münasibətlərdən söz açıb, iki ölkə arasındahəyata keçirilən layihələr, nəzərdə tutulan qarşılıqlı səfərlər vətədbirlər barədə danışıb. Səfir 2026-cı ilin Azərbaycanda“Şəhərsalma və Memarlıq İlin” elan edilməsi, bu ilin may ayındaBMT-in Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıdakeçiriləcəyini söyləyərək, ölkəmizdə keçirilən beynəlxalqtədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində və ölkələrarasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühümrol oynadığını vurğulayıb.

Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalmaprinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa vəyenidənqurma tədbirlərinə diqqət çəkərək, ölkəmizin 44 günlük Vətənmüharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində regiondaformalaşmış sülh və sabitliyin beynəlxalq əhəmiyyətli logistika vənəqliyyat layihələrinin reallaşdırılması üçün əlverişli və etibarlışərait yaratdığını qeyd edib.

Sərginin açılışında Rumıniyalı senator, iqtidar Milli LiberalPartiyasının (PNL) parlament fraksiyasının sədrinin müavini,Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəheyətinin fəal üzvü, eləcə də Rumıniya-Azərbaycan parlamentlərarasıdostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş çıxışedib. O, Rumıniya ilə Azərbaycan arasında qarşılıqlı fayda vəstrateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə toxunaraq, ötənilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsindəXankəndi və Şuşa şəhərlərinə həyata keçirdiyi səfərixatırlayıb.

Senator Qarabağda şahidi olduğu genişmiqyaslı tikinti-quruculuqişlərindən, bölgədə aparılan hərtərəfli inkişaf prosesindən bəhsedib, Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyatlayihələri çərçivəsində aparıcı rolunu xüsusi vurğulayıb.

Təqdim olunan sərgi qonaqlar tərəfindən böyük maraqlaqarşılanıb.

Rumıniyada
Rumıniyada
Rumıniyada
Rumıniyada
Seçilən
48
9
az.trend.az

10Mənbələr