ain.az, Axar.az saytına istinadən bildirir.
Təbriz Tibb Elmləri Universitetinin ginekoloqu və müəllimi Dr. Şəmsi Abbasəlizadə son etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən döyülüb və daha sonra naməlum yerə aparılaraq həbs edilib.
Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı vəkil və insan haqları fəalı Qasım Bodi X hesabında məlumat verib.
Onun harada olduğu və vəziyyətinin necə olduğu bilinmir.
Qeyd edək ki, Şəmsi Abbasəlizadə əvvəllər 2022-ci il etirazları zamanı həbs olunmuş və Aylar Haqinin öldürülməsinə etiraz edən tələbə toplantılarında iştirak etdikdən sonra bütün təhsil və tibbi fəaliyyətlərdən kənarlaşdırılmışdı.
Təbrizdəki Əl-Zəhra xəstəxanasının bir qrup tələbəsi bir neçə professorla birlikdə tətilə çıxıb və 30 noyabr 2022-ci ildə doktor Abbasəlizadənin ədalətsiz şəkildə işdən çıxarılmasına etiraz olaraq toplaşmışdılar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.