AZ

Nikuşor Dan: Moldovanın Rumıniyaya birləşməsi təklifi olduqca qeyri-realdır

Moldova əhalisinin əksəriyyəti ölkənin Rumıniyaya birləşməsinin əleyhinədir. Biz də buna hazır deyilik.

Moderator.az-ın məlumatına görə, bunu Rumıniya Prezidenti Nikuşor Dan moldovalı həmkarı Maya Sandunun sözügedən təklifinə cavab olaraq bildirib.

O qeyd edib ki, Moldovanın Rumıniyaya birləşməsi təklifi olduqca qeyri-realdır.

"Buna nə NATO, nə Rumıniya, nə də Moldova xalqının əksəriyyəti hazırdır, onlar həm də bunun əleyhinədir", - deyə o əlavə edib.

Seçilən
35
3
moderator.az

4Mənbələr