AZ

 Bədəni oyadan 10 dəqiqə - Masa arxasında çalışanlar üçün sağlamlıq bələdçisi

Saatlarla masa arxasında oturmaq həm bədəni, həm də ruhu yorur. Sadə hərəkətlərlə günün ortasında enerjinizi artıra, əzələlərinizi rahatlaşdıra və sağlamlığınızı qoruya bilərsiniz.

"Yeni Sabah" iş zamanı asanlıqla tətbiq oluna bilən effektiv məşqləri təqdim edir:

Müasir texnologiya və masa arxasında həyat tərzi

Müasir texnologiya gündəlik həyatı asanlaşdırsa da, uzun müddət masa arxasında işləməyi də qaçılmaz edir. Bu gün bir çox insan həftənin beş günü, gündə səkkiz saatdan çox oturaq vəziyyətdə çalışır. Bu isə əzələlərdə gərginlik, qısalma və zamanla müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Gün ərzində edilən qısa, lakin effektiv fiziki hərəkətlər bu mənfi təsirlərin qarşısını almaqda mühüm rol oynayır.

Masa arxasında edilən cəmi 5–10 dəqiqəlik məşqlər belə qan dövranını sürətləndirir, günün ortasında yaranan halsızlığı azaldır, duruş pozuntularının qarşısını alır və əzələləri gücləndirir. Müntəzəm hərəkət ümumi sağlamlığın qorunmasına mühüm töhfə verir.

Qarın əzələlərini gücləndirən hərəkətlər

Stulun ucunda dik oturun, qarın əzələlərinizi sıxaraq 5–10 saniyə saxlayın, sonra buraxın.

Əllərinizlə stuldan dəstək alaraq dizlərinizi sinəyə doğru qaldırın, bir neçə saniyə saxlayıb yavaşca endirin.

Boyun məşqləri

Başınızı bir əlinizlə yana doğru əyin, bir neçə saniyə saxlayın. Hər iki tərəf üçün təkrarlayın.

Boynunuzu yavaş-yavaş sağa və sola dairəvi şəkildə hərəkət etdirin.

Başınızı arxadan iki əlinizlə tutaraq önə doğru əyin, sonra buraxın.

Çiyin və bel üçün hərəkətlər

Əllərinizi ensədə birləşdirərək irəli və geriyə doğru əyilin.

Üst bədəni sağa və sola döndərərək bel əzələlərini işlədin.

Əllərinizi arxada birləşdirib sinəni önə verin, başınızı yuxarı qaldırın.

Çiyinlərinizlə dairəvi hərəkətlər edin.

Ayaqlar və qan dövranını gücləndirən məşqlər

Oturduğunuz yerdə ayaqlarınızla “velosiped sürmə” hərəkəti edin.

Bir ayağınızı digərinin üstünə qoyub dizdən yüngülcə basın.

Ayaq biləklərini yuxarı-aşağı və dairəvi hərəkətlərlə çalışdırın.

Ombalar üçün məşqlər

Dizləri bükülü halda oturaraq dizləri yana açın və əllərlə içə doğru basın.

Ayağa qalxaraq squat hərəkəti edin.

Əl və ayaq biləyi məşqləri

Biləkləri içə-dışa və dairəvi hərəkətlərlə işlədin.

Barmaqları yuxarı-aşağı hərəkət etdirərək gərmə tətbiq edin.

Üst bədən və qollar üçün hərəkətlər

Qolları yanlara açıb yuxarı qaldırın və birləşdirin.

Masaya söykənərək əllərlə aşağı doğru təzyiq edin.

Kreslodan dəstək alaraq qolları arxaya doğru esnədin.

Masa arxasında arıqlamağa kömək edən hərəkətlər

Divara qarşı şınav hərəkəti.

Stuldan dəstək alaraq dip hərəkəti.

Ayağı irəli-geri yelləməklə omba və bud əzələlərini işlətmək.

Masa arxasında məşq etməyin faydaları

Bu məşqlər əzələləri gücləndirir, ağrı və sızıların qarşısını alır, qan dövranını tənzimləyir, qan şəkərinin balansını qoruyur, stressi azaldır, əhval-ruhiyyəni yüksəldir, yuxu keyfiyyətini yaxşılaşdırır, gün boyu enerjini artırır.

Uzun saatlar masa arxasında işləmək sağlamlıq üçün risk yaratsa da, gün ərzində edilən kiçik fiziki hərəkətlərlə böyük fərq yaratmaq mümkündür. Sadə masa arxası məşqləri ilə həm bədəninizi qoruya, həm də daha enerjili və sağlam həyat tərzi sürə bilərsiniz.


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr