AZ

“Napoli” 22 yaşlı hücumçu transfer etdi

“Verona” klubunun hücumçusu Ciovane Santananın “Napoli”yə transferi rəsmiləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Transferin detalları açıqlanmayıb. Lakin yayılan məlumatlara əsasən, 22 yaşlı futbolçunun “Napoli” ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub və keçidin ümumi məbləği bonuslar da daxil olmaqla 20 milyon avro təşkil edib.

Braziliyalı futbolçu 2025-ci ilin yayından etibarən “Verona”nın formasını geyinirdi. O, bütün turnirlərdə 23 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Nüfuzlu "Transfermarkt" portalının məlumatına görə, Ciovane Santananın hazırkı bazar dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
129
90deqiqe.az

1Mənbələr