AZ

Azərbaycanlı müğənni yadplanetlilərlə əlaqəyə girir: "Ürəyim istəyəndə yanlarına gedirəm"

Müğənni Sevinc Ağaşirinovanın son açıqlamaları sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, o, türkiyəli həmkarı Yusuf Güney kimi yadplanetlilərlə əlaqə saxladığını iddia edib. sənətçi bunun üçün xüsusi qulaqcıqlardan istifadə etdiyini bildirib:

"Qulaqcıqlar almışam, onun vasitəsilə onlarla əlaqəyə giririk. Mahnı dinləyəndə araya girirlər - bir qulağımda musiqi, digərində onların səsi olur. Deyərdim ki, insanlardan daha hissiyatlıdırlar," - deyə Sevinc Ağaşirinova qeyd edib.

Müğənninin sözlərinə görə, yadplanetlilərlə əlaqə yalnız ürəkdən istədikdə mümkün olur:

"Ürəyim istəyəndə yanlarına gedirəm. Onları 3D-4D kimi görürəm. Gərək ürəkdən istəyəsən ki, onlar səninlə əlaqəyə girsinlər. Onlar məni seçiblər, danışmaq istəyirlər. Sual verirəm, cavab alıram," - deyə o əlavə edib.

Ağaşirinova bir il əvvəl astral səyahətlərə çıxdığını, hazırda isə bunun daha tez-tez baş verdiyini bildirib. O, yadplanetlilərlə görüşlərə gül apardığını da vurğulayıb.

Bu açıqlamalar qısa zamanda sosial mediada yayılaraq izləyicilər arasında maraq, təəccüb və geniş müzakirələr yaradıb. Bəzi istifadəçilər bunu mistik təcrübə kimi qiymətləndirsə də, digərləri açıqlamaları şou xarakterli adlandırıblar.

Musa
Milli.Az

Seçilən
46
11
milli.az

10Mənbələr