ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Samuxda xəsarət alanların sağlamlıq durumu ilə rəsmi açıqlama verilib.Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.