AZ

Çin Trampın hədələrinə baxmayaraq Kanada ilə iqtisadi əməkdaşlığı gücləndirir

BAKI, 25 yanvar. TELEQRAF

Çin hökuməti ABŞ Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, Kanada ilə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Ottavadakı səfirliyi bəyanat yayıb.

Diplomatlar Pekin və Ottava arasındakı "strateji tərəfdaşlığın" ümumi maraqlara xidmət etdiyini vurğulayıblar.

Donald Tramp bəyan edib ki, əgər Kanada Çinlə ticarət sazişi bağlayarsa, bu ölkəyə qarşı 100%-lik gömrük rüsumu tətbiq ediləcək. ABŞ lideri Kanadanın Çin malları üçün "yükləmə limanına" çevrilməsindən ehtiyatlanır.

Gərginlik yanvar ayında tərəflərin iqtisadi tərəfdaşlıq elan etməsindən sonra artıb. Razılaşmaya əsasən, Kanadanın Baş naziri Mark Karni Çindən 50 min elektromobilin aşağı rüsumla ölkəyə buraxılmasına icazə verib. Bunun qarşılığında Çin Kanada raps toxumuna tətbiq edilən rüsumları azaldıb.

Baş nazir M.Karni ABŞ-nin təzyiqlərinə cavab olaraq birbaşa ad çəkməsə də, "kənar təhdidlər qarşısında daxili istehsalı gücləndirməyə" çağırıb. Kanadanın ticarət naziri Dominik Leblan isə əlavə edib ki, ölkəsi Çinlə tam azad ticarət sazişi imzalamayıb, sadəcə bəzi ticarət mübahisələrini həll edib.

Seçilən
69
1
teleqraf.com

2Mənbələr