AZ

"Bu mükafatı almaq həm cənab prezidentin, həm də ölkəmizin dünyada artan nüfuzunun göstəricisidr" - DEPUTAT


"Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq həm cənab prezidentin, həm də ölkəmizin dünyada artan nüfuzunun göstəricisidr

 Qafqazda sülhün qurulmasında Azərbaycanın rolu əlbəttə dünyanın diqqət mərkəzindəndir. Prezident İlham Əliyevin "Euronews” televiziyasına verdiyi müsahibədə qeyd etdiyi kimi Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur”. 
Bunu 7news.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
"Azərbaycan hər bir ölkə kimi özünün sərhədləri boyu sabitliyi haqqında düşünür. Hazırda ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Prezidentin də bildirdiyi kimi İranda baş verən müəyyən qeyri-sabitlik narahatlıq yaradır. Azərbaycan uzun illər torpaqları işğal altında olan bir dövlət kimi yaşayıb. Əlbəttə müharibədən əziyyət çəkmişik və qurbanlar vermişik. Bu baxımdan biz sülhü bərqərar etdikdən sonra bunu qorumalı və ölkəmizi daha da inkişaf etməliyik. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur. Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan təbii resurslara, nəqliyyat sisteminə və müasir boru kəmərlərinə malikdir. Bütün bunlar isə bizi dünyada güclü və öz sözunun sahibi olan ölkə statusuna qaldırıb. Dünyanın enerji təhlükəsizliyindəki rolumuz danılmazdır”.

7NEWS.az
Seçilən
13
7news.az

1Mənbələr